Xəzər Xəbər

Laborator cihazların əksəriyyəti eynidirsə “check-up” qiymətləri NİYƏ FƏRQLİDİR? VİDEO

Veb TV | 20:10 • 17 Aprel 2024
Laborator cihazların əksəriyyəti eynidirsə  “check-up” qiymətləri NİYƏ FƏRQLİDİR?

Bəzi özəl klinikalarda standart check-up qiymətləri 250-300 manatdan başlayır.

Xezerxeber.az xəbər verir ki, “full check-up” qiymətləri isə əksər klinikada 1000 manatın üzərindədir. Hətta bəzi tibb ocaqlarında bu "check-up"lar 1400 manatdan baha satılır. Üstəlik həkim qəbulu bu qiymətlərə daxil edilmir və bunun üçün də pasientlərdən əlavə pul alınır.

Standart “check-up” paketlərinə qanın ümumi analizi daxil olmaqla, insanlarda ən çox rast gəlinən 10-dan artıq xəstəliklərin laborator analizləri cəmləşir. “Full check-up”larda isə bu analizlərin sayı daha çoxdur.

Sağlamlığın tam müayinəsi adətən özəl xəstəxanalarda pasentlərə təklif edilir. Bu səbəbdən də insanlar öz sağlamlıqları ilə bağlı daha dolğun nəticə əldə etmək üçün bu cür xəstəxanalara üz tutur.  Qiymətlərin baha olması isə bunu bəzi insanlar üçün əlçatmaz edir.

Tibb üzrə ekspertlər deyir ki, özəl klinikalarda olan labarator cihazların əksəri eynidir. Yəni eyni müayinələrin klinikalarda paket halında daha baha qiymətlərə təklif edilməsinin səbəbi həmin xəstəxanaların reytinqi, yerləşmə yeri və ya reklamı ola bilər.

Ekspertin sözlərinə görə, “check-up” müayinələrin qiymətləri də əslində tənzimlənə bilər.

Ekspert Rasif Bağırov isə deyir ki, əslində özəl klinikalarda daha baha qiymətə təklif edilən həmin analizləri ayrı-ayrılıqda dövlət xəstəxanalarında sığorta hesabına etdirmək olar.

Ekspert təklif edir ki, yaxşı olar ki, dövlət xəstəxanalarında vətəndaşlara ən çox rast gəlinən xəstəliklərin labarator analizləri paket halında təqdim edilsin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti