Saxta müfəttişlər roluna girdilər… Obyektləri bir-bir yoxladılar… Daha sonra sahibkarları cərimə ilə təhdid etdilər...
Xezerxeber.az-ın xəbərinə görə, Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Həşim Həşimov deyir ki, son vaxtlar saxta müfəttişlərin bakı şəhəri və digər regionlarda obyektləri yoxlaması, sahibkarları cərimə ilə təhdid etməsi ilə bağlı bir neçə fakt üzə çıxıb. Həmin şəxslər özlərini Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları kimi təqdim edirlər. Onlar tərəfindən sahibkarlıq subyektlərində yoxlamalar aparılıb və əsassız dezinfeksiya işlərinin aparılması üçün müqavilə bağlanıb, sahibkarlardan sanitar-gigiyena qaydalarını pozduqlarına görə, pullar tələb edilib. Bu şəxslərin qanunsuz əməlləri sahibkarların səhiyə nazirliyinə və mərkəzə müraciəti zamanı üzə çıxıb.
Qeyd olunub ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər haqda nazirliyin 9103 qaynar xəttinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.
O da qeyd edilib ki, respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri yalnız Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.