Xəzər Xəbər

Dövlət tərəfindən verilən pulsuz dərmanları ala bilmirik – ŞİKAYƏT VİDEO

Veb TV | 21:10 • 15 Aprel 2024
Dövlət tərəfindən verilən pulsuz dərmanları ala bilmirik – ŞİKAYƏT

Vərəm xəstəliyindən əziyyət çəkən şəxs 1 aydır ki, "Rifampicin" dərmanını tapa bilmir.

Bu barədə kimliyinin bəlli olmasını stəməyən xəstənin yaxını "Xəzər Xəbər"ə şikayətində deyib.

Vətəndaş iddia edir ki, 4 saylı Vərəm Dispanserindən onlara bildirilib ki, sözügedən dərman ümumiyyətlə bütün ölkədə yoxdur

Öncə 4 saylı Vərəm Dispanseri ilə əlaqə saxlamağa çalışdıq. Lakin dəstəyi qaldıran xəstəxana işçisi zəngin "Xəzər Xəbər"dən olduğunu bildikdən sonra telefonu söndürdü.

Daha sonra aiddiyyatı qurum olan TƏBİB-ə müraciət etdik.

Qurum vərəm xəstələri üçün nəzərdə tutulan "Rifampicin" dərmanının ölkədə tapılmamasını təsdiqlədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti