Xəzər Xəbər

Qeysəriyyə əməliyyatlarının sayı NİYƏ ARTIR? VİDEO

Veb TV | 13:30 • 3 Aprel 2024
Qeysəriyyə əməliyyatlarının sayı NİYƏ ARTIR?

Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı artıb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2021-ci ildə 46 min 684 əməliyyat olduğu halda, 2022-ci ildə bu rəqəm 53 min 267-ə qalxıb. Başqa sözlə həmin il Azərbaycanda 121 min doğuş olub ki, onlarında 35 faizdən çoxu qeysəriyyə ilə həyata keçirilib.

Bəs bu əməliyyata marağın artmasının səbəbləri nələrdir?

Xezerxeber.az xəbər verir ki, həkim-ginekoloq Elnurə Əliyevanın sözlərinə görə, sözügedən artım əksər ölkələrdə izlənilir. Bu isə daha çox perinetal itkilərin azalması məqsədi daşıyır.

Elnurə Əliyeva deyir ki, qeysəriyyə göstəriş olan yerdə faydalıdır. Sağlamlığı qaydasında olan şəxslərin isə normal yolla uşaq dünyaya gətirmələri tövsiyyə edilir.

Ginekoloq qeyd edir ki, qidalanma, ətraf mühitin təsiri və həyat tərzi də bəzi hallarda hamiləliyin cərrahi yolla sonlandırılmasına səbəb olur.

Daha ətraflı videomaterialda: 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024