Xəzər Xəbər

Azərbaycanda haker qurbanlarının sayı AÇIQLANDI VİDEO

Veb TV | 22:00 • 2 Aprel 2024
Azərbaycanda haker qurbanlarının sayı AÇIQLANDI

Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub.

Xezerxeber.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov ''Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər'' konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ötən il aparılan audit yoxlamaları zamanı dövlət qurumlarının saytında təhlükəsizliklə bağlı 695 boşluq müəyyən edilib.

Xidmət rəisinin müavini onu da əlavə edib ki, 2023-cü ildə də təhsil və tədqiqat müəssisələri ən çox kiberhücuma məruz qalan sektorlar olub. Səhiyyə sektoruna hücumlar isə əvvəlki illə müqayisədə 74 faiz artıb.

Allahverən İsmayılov onu da bildirib ki, 8,1 milyardlıq yer kürəsi əhalisinin 57, 2 faizi rəqəmsal cihazlara qoşularaq onlayn qaydada xidmət alır. Onlardan 5, 44 milyard insan, yəni 68 faizi yalnız 1 mobil cihaz daşıyıcısıdır. 4,76 milyardı, yəni 59,4 faizi isə müxtəlif sosial media hesablarından aktiv istifadə edir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024