Xəzər Xəbər

Vətən müharibəsində qələbəyə aparan YOLUN BAŞLANĞICI VİDEO

Veb TV | 20:00 • 2 Aprel 2024
Vətən müharibəsində qələbəyə aparan YOLUN BAŞLANĞICI

Böyük Zəfərə gedən yolun başlanğıcı - "Aprel döyüşləri"ndən 8 il keçir .

Xezerxeber.az xəbər verir ki, 2016-cı il aprelin 2-dən 5-dək davam edən döyüşlər Azərbaycanın hərb tarixində mühüm yer tutur. Aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı. Ordumuz əks-həmlə ilə təxribatların qarşısını aldı. Ağır döyüşlərin gedişində düşmənin artilleriya qurğuları və digər zirehli texnikaları  məhv edildi, strarteji yüksəkliklər ələ keçirildi.

Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində yaranan rezonans ermənistanın siyasi-hərbi rəhbərliyində ciddi böhran yaratdı. bu fonda Serj Sarkisyan hakimiyyətini itirdi.

Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.

Və aprel döyüşləri Qarabağın azadlıq yolunun başlanğıcı oldu.

Politoloq Murad Sadəddinov bildirib ki, bu gün Ermənistanda baş qaldıran revanşizm və 5 aprelə planıaşdırılan görüş göstərir ki, Vətən Müharibəsi və antiterror əməliyyatı onlara dərs olmayıb.

Bir sözlə , 2016-nın aprelindən dərs çıxarmayanların 2024-ün aprelində yeni təxribatlara cəhd etməsi eyni nəticə verəcək deyə politoloq əlavə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024