Xəzər Xəbər

Rusiyanın Ukraynadan sonra bu dövlətlə münasibətləri pisləşə bilər VİDEO

Veb TV | 20:20 • 31 Mart 2024
Rusiyanın Ukraynadan sonra bu dövlətlə münasibətləri pisləşə bilər

Ukraynadan sonra indi də Rusiya ilə Ermənistan arasında vəziyyət gərginləşə bilər.

Xezerxeber.az xəbər verir ki, Ermənistanın qərbli tərəfdaşları bunun üçün əllərindən gələni əsirgəmirlər.

Aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinken arasında Brüsseldə baş tutacaq görüş Cənubi Qafqazda siyasi tarazlığa da ciddi şəkildə təsir edə bilər.

Sözügedən görüş Qafqazda yeni münaqişə ocağı yaratmaq məqsədinə xidmət edir. Eskpertlərn fikrincə, Vaşinqton görüşün "Bakı və İrəvan arasında sülh danışıqlarına aid" olduğunu, rəsmi İrəvan isə "üçüncü tərəfə qarşı olmadığını" desə də, Brüsseldə Ermənistanın "təhlükəsizliyinin gücləndirilməsi" adı altında hərbi paktın əldə edilməsinin planlaşdırıldığı haqda məlumatlar var.

Politoloq qeyd edib ki, Ermənistanın hərbiləşdirilməsi həm də Rusiyaya qarşı bir plandır.

Bəs bu addımların nəticəsi nə ola bilər?

Əlbəttə ki, Ermənistan hakimiyyəti qərbin Rusiya əleyhinə oyunlarında könüllü iştirak edərək həm bu ölkəni Rusiya ilə geopolitik münaqişəyə sövq edir, həm də öz xalqını sonu görünməyən xaotik məcranın içərisinə daxil edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti