Xəzər Xəbər

Sumqayıtda çoxmərtəbəli binaya su verilmir, lift də işləmir VİDEO

Veb TV | 19:34 • 4 Mart 2024
Sumqayıtda çoxmərtəbəli binaya su verilmir, lift də işləmir

Sumqayıtda çoxmərtəbəli binada mənzillərə su verilmir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, 201 mənzil bir həftədir ki, susuz qalıb.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən sakinlər deyirlər ki, bina 2018-ci istifadəyə verilib. Ancaq son vaxtlar problemlər günü-gündən artır. Bu azmış kimi, binada lift də işləmir.

Ərazidə çəkiliş apardığımız vaxt məlum oldu ki, binanın zirzəmisindəki su nasosu sökülərək aparılıb. Məhz bu səbəbdən binaya suyun verilməsi dayandırılıb. 

Mövcud problem və səsləndirilən ittihamlarla bağlı binaya cavabdeh şəxs - "Nyu City" MTK-nın rəhbəri Şahbala Şükürovla əlaqə saxladıq. O isə yaranmış problemlə bağlı sakinləri ittiham etdi.

MTK rəhbəri bütün hallarda yaranmış problemlərin qısa vaxt ərzində həll ediləcəyinə söz verdi.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024