Xəzər Xəbər

Qobuda it azyaşlını dişləyib, vəziyyəti ağırdır VİDEO

Veb TV | 11:15 • 4 Mart 2024
Qobuda it azyaşlını dişləyib, vəziyyəti ağırdır

Qobuda uşağı it parçalayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə ilə bağlı TƏBİB də məlumat yayıb. 

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu bildirib ki, Qobuda it dişləyən azyaşlının vəziyyəti ağırdır.

O bildirib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

Qeyd olunub ki, azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib: "Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".

Həmin görüntüləri təqdim edirik: 

Xəbər lenti

Çox oxunanlar