Xəzər Xəbər

Bahalaşan qiymətlər fonunda əmlak siğortasi niyə yüksəlmir? – ARAŞDIRMA VİDEO

Veb TV | 11:05 • 4 Mart 2024
Bahalaşan qiymətlər fonunda əmlak siğortasi niyə yüksəlmir? – ARAŞDIRMA

Bakıda əmlakın icbari sığortasına görənəzərdə tutulan təminat məbləği olduqca aşağıdır. Bina evi, həyət evi və ya villa olmasından, həmçinin otaqların sayından asılı olmayaraq sığorta hadisəsi zamanı ev sahibinə maksimum 25 min manat ödənir.

Xezerxeber.az xəbər verir ki, mövcud qaydalara əsasən, Bakıda sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvanda 40, digər şəhər və rayonlarda isə 30 manat təşkil edir. Bakıda əmlaka dəyən zərər görə, maksimum sığorta təminatı 25 min, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min, digər yerlərdə isə 15 min manat təşkil edir.

Ekspert Vüsal Bədəlovun sözlərinə görə, bəzən yanğın, subasma və ya digər sığorta hadisələri zamanı əmlak sahibləri 100 min manat və ya daha yüksək məbləğdə zərərələ üzləşirlər. Ona görə də, maksimum 25 min manatlıq təminat məbləği olduqca aşağıdır və buna yenidən baxılmalıdır.

Bununla belə, mülk sahibləri öz razılıqları ilə əmlaklarını icbari sığorta etdirən zaman təminat məbləğini artıra bilərlər. Ancaq bunun üçün əmlaklarını könüllü sığorta etdirməli və əlavə pul ödəməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024