Xəzər Xəbər

İmişlidə suda batdığı ehtimal edilən 11 yaşlı oğlanın axtarışı davam edir VİDEO

Veb TV | 15:47 • 2 Mart 2024
İmişlidə suda batdığı ehtimal edilən 11 yaşlı oğlanın axtarışı davam edir

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, hazırda Nazirliyin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. 

Axtarış əməliyyatları, həmçinin kanal boyu mürəkkəb keçidlərdə suyun səviyyəsinin endirilməsi ilə fasiləsiz davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar