Xəzər Xəbər

Ağır qəzalar bölgələrdə CAN ALDI VİDEO

Veb TV | 22:30 • 1 Mart 2024
Ağır qəzalar bölgələrdə CAN ALDI

Minik avtomobilinin ağaca çırpılması ölümlə nəticələnib.

Xezerxeber.az xəbər verir ki, ağır qəza gecə saatlarında köhnə Ələt-Astara yolunun Lənkəranın Bürcəli kəndi ərazisindən keçən hissəsində baş verib.

Lənkəranın Mamusta kənd sakini, 26 yaşlı Azər Babayev idarə etdiyi avtomobildə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi yol kənarındakı irigövdəli ağaca çırpılıb. Sürücü dünyasını dəyişib. Sərnişinlər-Lənkəranın Xanbulan kənd sakini, 26 yaşlı Ülvi Əzizli və həmkəndlisi, 21 yaşlı Riad Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon mərkəzi xəstəxanasına çatdırılıblar. 

Kürdəmirdə baş verən qəzada isə piyada dünyasını dəyişib. Paytaxt sakini, 38 yaşlı Asəf  Həsənov idarə etdiyi yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən Qarabucaq kəndi ərazisində yolu keçmək istəyən piyadanı vurub. Piyada zərbənin təsirindən hadisə yerində dünyasını dəyişib.

Qəza törədən və arxadan gələn 3 yük maşını da bir-birinə çırpılıb. Yük maşınında olan avadanlıqlar yola dağılıb və avtomobillərin hərəkətində çətinlik yaranıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024