Xəzər Xəbər

Həkim və həyat yoldaşının qətlinin TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 21:25 • 1 Mart 2024
Həkim və həyat yoldaşının qətlinin TƏFƏRRÜATLARI

Ər və arvad  qətlə yetirilib. Dəhşətli hadisə Salyan  rayonunun  Kərimbəyli kəndində baş verib.

Xezerxeber.az xəbər verir ki, kənd sakinləri 68 yaşlı İsrafil Məmmədov və onun həyat yoldaşı 61 yaşlı Münəvvər Məmmədova şəxsi təsərrüfatlarında ölü halda tapılıblar. Onların qətlə yetirildiyi bildirilir.

Məlumata görə, İsrafil Məmmədov uzun illər Salyan  Rayon  Mərkəzi  xəstəxanasının polikilinika şöbəsinin müdiri işləib. Üç il olar ki, təqəüdə çıxan həkim  yaşadığı rayonda kənd  təsərrüfatı ilə məşğul olub. Onun  istixana təsərrüfatı movcud olub. Elə qətl hadisəsi də həmin təsərrüfatda törədilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, onların evlərində üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub. Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024