Xəzər Xəbər

Şagirdlərdən tələb edilən əlavə vəsaitlər dövlət tərəfindən verilsin – TƏKLİF VİDEO

Veb TV | 21:14 • 1 Mart 2024
Şagirdlərdən tələb edilən əlavə vəsaitlər dövlət tərəfindən verilsin – TƏKLİF

Şagirdlərdən tələb edilən iş dəftəri, test toplusu kimi əlavə vəsaitlərin dərsliklərlə birlikdə dövlət hesabına verilməsi təklif edilir.

Xezerxeber.az xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan İnsan hüquqları üzrə müvəkkilinin 2023-cü il üzrə məruzəsində əksini tapıb. Ombudsman qeyd edib ki, tədris prosesində istifadə edilən dərsliklər şagirdlərə dövlət hesabına verilir. Bununla belə, tədris proqramının tam qavranılması üçün zəruri köməkçi vəsaitlərin, habelə iş dəftərlərinin şəxsi vəsait hesabına alınması narazılıqlara səbəb olur.

Maraqlıdır, bazarlarda sözügedən vəsaitlərin qiyməti nə qədərdir?

Paytaxtda yerləşən mağazalarda bəzi əlavə vəsaitlərin qiymətləri ilə tanış olduq.

Millət vəkili Fazil Mustafa əlavə xərclərin dövlət tərəfindən ayrılmasının təhsildə keyfiyyətə təsir edən əsas amillərdən olduğunu düşünür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar