Xəzər Xəbər

Keçmiş məcburi köçkünlərə "çörək pulu"nun verilişi dayandırılıb? – İddialara RƏSMİ CAVAB VİDEO

Veb TV | 20:25 • 1 Mart 2024
Keçmiş məcburi köçkünlərə "çörək pulu"nun  verilişi dayandırılıb? – İddialara RƏSMİ CAVAB

Məcburi köçkünlərin fevral ayına olan müavinətləri hələ də ödənilməyib.

Sosial şəbəkə istifadəçiləri də ötən gündən başlayaraq məcburi köçkünlərə verilən vahid aylıq müavinətin dayandırılacağı ilə bağlı iddialar paylaşırlar.

Məsələyə aydınlıq gətirmək üçün araşdırma aparan “Xəzər Xəbər” məcburi köçkünlərin bankomatların önündən əliboş ayrıldıqlarını aşkarlayıb.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev "Xəzər Xəbər"ə bildirdi ki, müavinətin dayandırılması ilə bağlı yayılan iddialar yanlışdır.

Maliyyə Nazirliyindən də bildirildi ki, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dəstək tədbirlərinin icrası onların öz doğma yurdlarına qayıdışı başa çatana qədər davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti