Xəzər Xəbər

Xüsusi əməliyyatların icrası üzrə tapşırıqlar yerinə yetirilib VİDEO

Veb TV | 11:46 • 1 Mart 2024
Xüsusi əməliyyatların icrası üzrə tapşırıqlar yerinə yetirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda keçirilən taktiki-xüsusi təlimlər davam edir.
Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yüksək dağlıq ərazidə xizəklə taktiki yerdəyişmə fəaliyyətlərini icra edən xüsusi təyinatlılar qarlı ərazidə qayaların və maneələrin keçilməsi, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş daşıma vasitələri ilə təxliyəsi, eləcə də xüsusi əməliyyatların icrası üzrə digər tapşırıqları yerinə yetiriblər.
Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar peşəkarlıq nümayiş etdiriblər.

Xəbər lenti

Çox oxunanlar