Xəzər Xəbər

Salyanda güclü yanğın baş verib, ölən var VİDEO

Veb TV | 21:12 • 29 Fevral 2024
Salyanda güclü yanğın baş verib, ölən var

Salyan rayonunun Həsənli kəndində güclü yanğın hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında evdə qeydə alınıb.

Alovlar qısa zamanda evi bürüyüb və ev sahibi yanaraq ölüb.

Alovu görən qonşular yanğınsöndürən çağırıblar.  

Əraziyə yangından mühafizə bölmələri cəlb edilib. Yanğının ətrafa yayılmasının qarşısı alınıb və yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin meyiti aşkarlanıb. Məlumata görə, evin yanması nəticəsində həyatını itirən şəxs ev sahibi - 60 yaşlı Svetlana Zeynalovadır.

Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024