Xəzər Xəbər

Azərbaycanda ən çox erkən nikahın qeydə alındığı rayonlar açıqlandı VİDEO

Veb TV | 20:38 • 29 Fevral 2024
Azərbaycanda ən çox erkən nikahın qeydə alındığı rayonlar açıqlandı

Erkən nikahlarlarla bağlı ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib. Bu da  2021-ci illə müqayisədə 361 nəfər artıqdır.

Taliyə İbrahimova, həmçinin qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar qəbul edilib.

Komitə bu istisna halın ləğv edilməsini istəyir.

Qeyd  edək ki, yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə, 2023-cü ildə 1 cinayət işi açılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar