Xəzər Xəbər

Bir metrostansiyada təmir aparılacaq VİDEO

Veb TV | 20:29 • 29 Fevral 2024
Bir metrostansiyada təmir aparılacaq

''Xırdalana metro çəkilməsi gözlənilmir. Bu, Bakı şəhərinin Baş Planında da yoxdur. Amma bu, o demək deyil ki, Xırdalana heç vaxt metro çəkilməyəcək''.

Xezerxeber.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin sədir müavini Hidayət Məmmədov deyib.

Hidayət Məmmədov onu da əlavə edib ki, yaxın vaxtlarda Bakı Metropoliteni yeni vaqonlar alacaq. Bununla bağlı rəsmi müqavilə də imzalanıb. Rusiya istehsalı olan vaqonlar ilin sonuna qədər gətiriləcək.

Bu arada, yaxın günlərdə “Həzi Aslanov” metrostansiyasında təmir işlərinə başlanacaq.

Qeyd edək ki, "Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu ilin I yarısında yekunlaşacaq. Stansiyada artıq üzlük işlərinə başlanıb. Stansiya divarlarında, orta zalda müvafiq işlər gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024