Xəzər Xəbər

Şəmkir və Lerikdə ağır yol qəzaları baş verib VİDEO

Veb TV | 20:23 • 25 Fevral 2024
Şəmkir və Lerikdə ağır yol qəzaları baş verib

Bu  gün səhər saatlarında  Lənkəran - Lerik yolunda ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə magistral yolun 50 - ci km-də, "Veləçola" adlanan ərazidə qeydə alınıb.

Lerik rayon sakini Xalid Şəfiyev idarə etdiyi  avtomobillə hərəkətdə olarkən, yoldan çıxaraq təqribən 500 - 700  metr hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin İsmayıllı rayon sakini 65 yaşlı Telman Bağırov ölüb. Sürücü Lənkəran xəstəxanasına çatdırılıb. Digər sərnişin Lerik rayon sakini Rahil Hüseynov evə buraxılıb.

İlkin məlumata görə, hadisəyə səbəb kimi yolun sürüşkən olması göstərilir.

Şəmkirdə də ölümlə nəticələn yol - nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Dəllər Cəyir kəndi yaxınlığında qeydə alınıb. Hərəkətdə olan  minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə aşan maşının sürücüsü, 37 yaşlı Cavid Zeynalov hadisə yerində ölüb. Sərnişin, 35 yaşlı Elçin Qarayev isə xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerlədirilib. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024