Xəzər Xəbər

Sərhəddə sükut pozulur: Ermənistan tərəfi intensiv təxribatlara başlayıb VİDEO

Veb TV | 19:34 • 25 Fevral 2024
Sərhəddə sükut pozulur: Ermənistan tərəfi intensiv təxribatlara başlayıb

Ermənistan ordusu Azərbaycanla şərti dövlət sərhəddində mövqelərimizi intensiv atəşə tutur.

Xezerxeber.az-ın məlumatına görə, fevralın ilk yarısından başlayan təxribatlar əvvəlcə Qafan, sonra Kəlbəcər, indi isə Naxçıvan istiqamətində müşahidə olunur.

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, Ermənistanın son təxibatlarında Fransanın hərbi - siyasi dəstəyi açıq-aydın müşahidə olunur.

Onun sözlərinə görə, Ermənistanın təxribatları həmişə öz əleyhinə işləyib, ancaq görünür, bu ölkə baş verənlərdən hələ də nəticə çıxara bilmir. Ermənistanın Hindistan və digər ölkələrdən silah-sursat aldığı hər kəsə məlumdur. Bu, Ermənistanı yeni təxribatlara sövq etməməlidir.

Politoloq Zaur Məmmədov isə hesab edir ki, Ermənistan tərəfinin mövqelərimizi mütəmadi olaraq atəşə tutması sülh müqaviləsi ilə bağlı danışıqlara ziddir.

"Qalib Azərbaycan hələ ki, Ermənistana bu cür təxribatlardan çəkinməsi üçün şans verir",-deyə politoloq vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024