Xəzər Xəbər

Kamil Zaynallının anası və vəkili "Xəzər Xəbər"ə nələri açıqladı? VİDEO

Veb TV | 21:12 • 21 Fevral 2024
Kamil Zaynallının anası və vəkili "Xəzər Xəbər"ə nələri açıqladı?

Məşqçi Kamil Zeynallı ötən gecə Moskvada- Domodedovo hava limanında saxlanıldı və polis bölməsinə aparıldı. Çox keçmədi ki, idmançının Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyi, onun  Ermənistana təhvil veriləcəyi, səhər məhkəmə qarşısına çıxarılacağı barədə xəbərlər yayıldı.

Gecəyarı baş verənlər fonunda özünü itirməyən, təmkinli davranan həmyerlimiz ilk olaraq özü video çəkərək sosial şəbəkələrdə paylaşdı və hər kəsdən, əsasən də  dövlətimizdən kömək istədi.

Xezerxeber.az-ın məlumatına görə, Kamilin anası Sahilə Zaynalova deyir ki, sonuncu dəfə oğlu ilə hava limanında olarkən danışıb və o vaxt hər şey qaydasında olub. Ana da yatmayıb, oğlunu gözləyirmiş. Bir qədər sonra gələn ard-arda zənglər və sosial şəbəkələrdə edilən paylaşımlar onu məsələdən hali edir.

Kamil 3 günlük Moskva səfərinin sonunda yaşayır bu dəhşəti. Halbuki, heç 2 ay deyildi, gəlmişdi Moskvadan. 

Kamil Zeynallı azadlığa buraxıldıqdan dərhal sonra açıqlama verən vəkil Ələkbər Qarayev məsələnin tam həll olunduğunu bildirərək, ən son məlumatları verdi. 

Qeyd edək ki, Ermənistan tərəfi idmançıya qarşı çox ağır ittiham irəli sürərək,  onu 2020-ci il, sentyabrın 29-da axtarışa verib. Kamil Zeynallıya qarşı həmin ölkənin Cinayət Məcəlləsinin insanlığa qarşı cinayətlər, müharibə cinayətləri, müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər, muzdlu cəlb etmək və təcavüz  maddələri ilə ittiham verilib. Amma Rusiya humanizm göstərdi və bu saxta ittihamlar qəbul olunmadı. Azərbaycan dövlətinin təkidi ilə məşqçi vətənə qayıdacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024