Xəzər Xəbər

Avtomobillərin ehtiyat hissələri ucuzlaşa bilər VİDEO

Veb TV | 14:25 • 12 Fevral 2024
Avtomobillərin ehtiyat hissələri ucuzlaşa bilər

Qonşu ölkələrdə qiyməti 20-30 manat arasında dəyişən avtomobillərin ehtiyat hissələri Azərbaycanda 60 -70 manata satılır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət, xüsusilə, Almaniya istehsalı olan avtomobillərin ehtiyyat hissələrindən gedir.

Nəzərə alsaq ki, bu detallar həm də 2-ci əl sayılır, deməli, keyfiyəti də şübhə doğurur.

Sürücülər deyirlər ki, əvvəllər avtomobillərin təmiri üçün daha çox Gürcüstana üz tuturdular. Ancaq hazırda bu mümkün olmadığından ehtiyat hissələrini də buradan almalı olurlar.

Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, hazırda ölkəmizə ehtiyat hissələri daha çox Gürcüstan və digər qonşu dövlətlərdən gətirilir. Bu detallar da əsasən mühərrik və ötürücülər qutusuna aid olur. Usta xarici və yerli bazar arasında kəskin qiymət fərqini müxtəlif amillərlə əlaqələndirir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə isə, qiymətlərin yuxarı olması yerli istehsalın azlığı ilə əlaqəlidir.

Ekspertin fikrincə, utilizasiya proqramının icrasından sonra avtomobillərin ehtiyat hissələri ucuzlaşa bilər.

Xezerxeber.az mövzu ilə bağlı "Xəbər Ertəsi"nin videomaterialını təqdim edir.

Xəbər lenti

Çox oxunanlar