Xəzər Xəbər

Şəkidə sahibsiz itlər insanlara hücum edir VİDEO

Veb TV | 21:33 • 10 Dekabr 2023
Şəkidə sahibsiz itlər insanlara hücum edir

Şəkidə sürü şəklində küçədə gəzən sahibsiz itlər insanlara hücum edir.

Gənc qız ətrafdakıların köməyi ilə xilas olsa da, yaşlı kişi itlərin qurtulmaq istəyərkən yıxılır. Onu da ətrafdakı insanlar itlərin əlindən alır.

Xezerxeber.az-ın məlumatına görə, bu günlərdə şəhərin mərkəzində uşaqları itlərdən qorumaq istəyən 70 yaşlı kişini həmin sahibsiz heyvanlar dişləyib. Xəsarət alan kişini xəstəxanaya aparıblar.

Sakinlər bildiriblər ki, sahibsiz itlərin qorxusundan nə şagirdlər məktəbə, nə də böyüklər işə gedə bilirlər. Sürü ilə gəzən heyvanlar şəhərin ortasında hər kəsə hücum edir.  

Məsələ ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, sahibsiz itləri xüsusi müəssisələr götürərək sığınacaqda yerləşdirməlidir. Belə sığınacaqlar da yalnız paytaxtdadır. Bununla belə, problemin həlli istiqamətində tədbirlər hazırlanır və aidiyyəti orqanlarla məsləhətləşmələr aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti