Xəzər Xəbər

Bakıda sürücü sərnişin avtobusunu yolda qoyub taksi ilə getdi VİDEO

Veb TV | 21:18 • 9 Dekabr 2023
Bakıda sürücü sərnişin avtobusunu yolda qoyub taksi ilə getdi

Bakıda avtobus sürücüsü ötən gecə sərnişinləri yolda qoyub. 

Xezerxeber.az-ın məlumatına görə, sürücü avtobusu saxlayaraq sərnişinlərin düşməsini tələb edib.

Daha sonra nəqliyyat vasitəsinin qapılarını açıq qoyaraq, taksi ilə ərazidən uzaqlaşıb.

Sərnişinlərin mənzil başına çatdırılması üçün ehtiyat avtobus ayrılmayıb.

Hadisə dünən saat 23:58-də metronun “Nərimanov” stansiyasından Bayıl qəsəbəsinə hərəkət edən 5 nömrəli avtobusda qeydə alınıb. Baş verənləri sərnişinlər telefon vasitəsilə çəkərək ictimailəşdiriblər.

Məsələ ilə bağlı ''BakuBus'' MMC açıqlama yayıb.

Bildirilib ki, sürücü özünü pis hiss etdiyini söyləyib. O, avtobusu saxlayaraq sərnişinlərə məlumat verib və ərazidən uzaqlaşıb. Bu vəziyyət isə sürücülərin xəttə çıxmazdan əvvəl tibbi yoxlanışdan keçib-keçmədiklərini aktuallaşdırır.

''BakuBus'' MMC-nin sözçüsü Əsmər Əliyeva deyib ki, sürücünün hərəkəti ilə bağlı daxili araşdırma aparılır.

''Baş verən hadisəyə görə sərnişinlərdən üzr istəyirik. Bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımlar atılacaq'', -deyə ''BakuBus''dan bildirilib.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar