Xəzər Xəbər

Şəhriyar qəsəbəsinin sakinləri çətinliklə üzləşib FOTO/VİDEO

Veb TV | 19:50 • 3 Dekabr 2023
Şəhriyar qəsəbəsinin sakinləri çətinliklə üzləşib

Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin 2 min nəfərin yaşadığı bir hissəsi susuz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər yay-qış su daşımaq məcburiyyətindədir.

Onların sözlərinə görə, bir neçə ildir ki, bulaqların suyu quruyub.

Ona görə də qəsəbə sakinləri suya olan tələbatlarını yaşadıqları məhəllədən çox uzaqda yerləşən bulaqlar vasitəsilə təmin edirlər.

Məsələ ilə əlaqədar "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin  Regional Su kanal İdarəsinin İstehsalat şöbəsinin rəisi Rufət Qurbanov “Xəzər Xəbər”ə bildirib ki, Şəhriyar qəsəbəsinin təchizatı və kanalizasiya şəbəkəsinin layihəsi hazırlanıb və adiyyəti qurumlara təqdim olunub.

Layihənin gələn ilin  dövlət  proqramına salınması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024