Xəzər Xəbər

Bu avtomobillərin ölkəyə idxalı mümkün olmayacaq VİDEO

Avtomobil bazarında bahalaşma da gözlənilir
Veb TV | 20:23 • 3 Dekabr 2023
Bu avtomobillərin ölkəyə idxalı mümkün olmayacaq

Gələn ildən bəzi avtomobillərin ölkəyə idxalı mümkün olmayacaq.

Xezerxeber.az-ın məlumatına görə, 2024-cü il yanvarın 1-dən 2014 və ya onlan əvvəlki dövrdə istehsal olunmuş avtomobillərin Azərbaycana idxal edilməyəcək.

Mövzu ilə bağlı danışan nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev bildirib ki, bu məsələ Nazirlər Kabinetinin qərarına əsasən tənzimlənir.

Qərara əsasən artıq 2024-cü ildə istehsal ili 2014 və ya əvvəlki dövrdə olan nəqliyyat vasitələrinin ölkəyə idxalına məhdudiyyət qoyulacaq. Onun sözlərinə, bütün dünya ölkələri müasir tipli avtomobillərə keçid edir. Azərbaycan da bu prosesdən geri qalmaq istəmir.

Ekspert əlavə edib ki, istehsal ili 10 ildən çox olan avtomobillərin idxalına qoyulan qadağa bazara təsirsiz ötüşməyəcək. 2024-cü ilin ilk aylarından avtomobillərin qiymətində 5-10 faiz artımın olacağı gözlənilir.

O hesab edir ki, ölkəyə istehsal ili yeni, bir qədər ucuz avtomobillər idxal etməklə qiymət artımın qarşısını qismən almaq olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024