Xəzər Xəbər

Prezident İlham Əliyev Dubayda Dünya İqlim Fəaliyyəti Sammitinin açılışında iştirak edib VİDEO

Veb TV | 21:00 • 1 Dekabr 2023
Prezident İlham Əliyev Dubayda Dünya İqlim Fəaliyyəti Sammitinin açılışında iştirak edib

Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını qarşılayıblar.

Sammit çərçivəsində mürəkkəb danışıqlar baş tutub. Əksər ölkələr qlobal emissiyaları azaltmaq istədiyini bildirib. İnkişaf etməkdə olan ölkələr isə istixana qazlarının atmosferə buraxılmasına görə inkişaf etmiş ölkələrin məsuliyyət daşıdığını qeyd ediblər.

COP28-də Azərbaycan nümayəndə heyəti də iştirak edir. Sərgi salonunda nümayiş olunan 226 pavilyondan biri məhz ölkəmizə məxsusdur.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki Azərbaycan öz üzərinə emissiyaların azaldılması ilə bağlı iddialı öhdəliklər götürüb. Onun sözlərinə görə, ölkəmiz atmosferə istixana qazı emissiyalarını 40 % azaltmağı planlaşdırır.

Azərbaycan pavilyonunda "Enerji keçidi", "Ətraf mühit xəritəsi", "Bərpa olunan enerji", "Ağıllı kənd" və digər bölmələr fəaliyyət göstərir. Bununla yanaşı, povilyonda qonaqlara milli mətbəximizin təəmları da təqdim olunur.

Qeyd edək ki, COP28 dekabrın 12-ə qədər davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024