Xəzər Xəbər

DYP sürücülərə xəbərdarlıq etdi FOTO/VİDEO

Veb TV | 19:34 • 1 Dekabr 2023
DYP sürücülərə xəbərdarlıq etdi

Son dövrlər avtomobillərin üzərinə müxtəlif xarakterli yazılar yazılır və ya şəkillər vurulur.

Xezerxeber.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə xəbərdarlıq edib.

Bildirilir ki, belə yazılar lüzumsuzdur və hərəkət zamanı qəza riski yaradır.

Xüsusi reklam lövhəli şirkət avtomobilləri istisna olmaqla, digər yazılar və fotoların maşınların arxa tərəfinə kustar üsulla vurulması sanki dəb halını alıb.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elvin Hacıyev qeyd edib ki, bu hal vətəndaşlar tərəfindən də narazılıqla qarşılanır.

İdarəyə daxil olan müraciətlərin sayı da bunu təsdiq edir.

Onun sözlərinə görə, qanunvericilikdə bunun cəriməsi yoxdur, amma belə avtomobillər aşkar edildikdə sürücüdən o yazıları silmək tələb edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024