Xəzər Xəbər

Bu rayonun sakinləri beşmərtəbəli evin altınci mərtəbəsində YAŞAYIR VİDEO

Veb TV | 21:21 • 30 Noyabr 2023
Bu rayonun sakinləri beşmərtəbəli evin altınci mərtəbəsində YAŞAYIR

Bakıda insanlar beşmərtəbəli evin altıncı mərtəbəsində yaşayır.

Xezerxeber.az xəbər verir ki, amma nə binaya sahib çıxanlar var, nə də sakinlərin təhlükəsizliyinə təminat verən. Yaşayış binası acınacaqlı vəziyyətdədir.

Söhbət Nizami rayonu ərazisində yerləşən binadan gedir. Həmin tikililərin əksəriyyəti bir neçə mərtəbə ucaldılsa da SSRİ-nin dağılması ilə əlaqədar yarımçıq qalıb. Paytaxtda hazırda 200-ə yaxın belə tikili var.

Dam örtüyü olmadığından payızın yağışı, qışın qarı,  blokları bərbad hala salır. Sakinlər deyir ki, yarımtikilinin vəziyyəti hazırda acınacaqlı durumdadır.

Digər sakinlər də 1993-cü ildə order əsasında burada mənzil aldıqlarını və təmir etdiklərini dedilər.  Onlar da binanın tikintisinin yarımçıq qalmasından gileyləndi.

Məsələnin həlli ilə bağlı Nizami rayonu İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, Elşən Süleymanov küçəsi 139 ünvanında yerləşən yaşayış binasının inşasına 1986-cı ildə başlanılıb, lakin binanın tikintisi başa çatdırılmayıb. Buna baxmayaraq orada 14 məcburi köçkün ailəsi və digər sakinlər məskunlaşıb.

Həmin bina heç bir təşkilatın balansında deyil və sözügedən yarımçıq tikili ilə bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti qurumlara dəfələrlə müraciət olunub. İcra hakimiytyətindən bildirlib ki, sözügedən binada tikinti işlərinin aparılması ilə bağlı iddialar həqiqəti əks etdirmir.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024