Xəzər Xəbər

Nəbatət bağı ətrafinda yaranan borc qalmaqalı BÖYÜYÜR VİDEO

Veb TV | 21:00 • 30 Noyabr 2023
Nəbatət bağı ətrafinda yaranan borc qalmaqalı BÖYÜYÜR

Sudan istifadəyə görə 1 il heç bir ödəniş edilməyib.

Xezerxeber.az xəbər verir ki, bu səbəbdən də külli miqdarda borc yaranıb. Hətta vəziyyət o həddə çatıb ki, ödənməyən borca görə əlaqədar qurumlara dəfələrlə rəsmi müraciət edilib.

Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli rəhbərlik etdiyi elm ocağının ötən gün keçirilən ümumi yığıncağında isə deyib ki, Mərkəzi Nəbatat Bağı onların tabeliyindən çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinə verilib. O tabeliklərindən çıxarılmış qurumun borcu üçün Milli Elmlər Akademiyasına məlumat verilməməsini istəyib.

Məsələ ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə müraciət etdik. Cəmiyyətin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı "Xəzər Xəbər"ə bildirdi ki, Mərkəzi Nəbatat Bağının sudan istifadəyə görə yarnmış borcu 70 yox, hətta 75 min manata yaxındır. Bağ Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə yeni daxil olduğu üçün də borcu onlardan tələb edə bilməzlər. Borc öhdəliyini Milli Elmlər Akademiyası öz üzərinə götürməlidir.

Milli Elmlər Akademiyasından isə "Xəzər Xəbər"ə bildirildi ki, məsələ araşdırılır.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024