Məktəblərdə kamera görüntülərinin gizlədilməsi iddialarına aydınlıq gətirilib.
Xezerxeber.az-ın xəbərinə görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, "89 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı araşdırma yekunlaşdıqdan sonra bu məsələni gündəmdə saxlayacağıq". İddia edilən kimi kamera görüntülərinin gizlədilməsi faktı vardırsa, həmin müəssisələrin rəhbərləri cəzalandırılmalıdır.
Eşqi Bağırov həmçinin bildirib şagirdlərin repetitor yanına getmələri üçün kütləvi yerdəyişmə etdikləri məktəblər nəzarətdə saxlanılır.. Region məktəblərində isə şagird sayının azalması hiss olunur.
Bu arada Azərbaycan bağçalarında uşaqların qida rasionu ilə bağlı standartlara dəyişiklik ediləcək.
Agentlik direktoru onu da qeyd edib ki, dərs yükünün ağırlığına yox, onların məzmununa yenidən baxılmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: