Xəzər Xəbər

Astarada güclü külək bir sıra fəsadlar törədib FOTO/VİDEO

Veb TV | 21:14 • 27 Noyabr 2023
Astarada güclü külək bir sıra fəsadlar törədib

Astarada güclü külək bir sıra fəsadlara yol açıb.

Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saatlarından başlayaraq əsən güclü külək Astara şəhərinin Nuru Paşa küçəsində yerləşən 32 mənzilli binanın dam örtüyünü uçurub, ətrafdakı yarımtikililərə ciddi ziyan vurub.

Dam örtüyü binanın qarşısında dayanan Məharət Həsənova məxsus avtomobilin üzərinə düşüb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Güclü külək nəticəsində rayonun elektrik təsərrüfatına da ziyan dəyib. Xüsusən Astaranın dağətəyi kəndlərində və şəhər ərazisində elektrik naqilləri qırılıb, işıq dirəkləri aşıb. Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda dam örtüyünün təmir-bərpası aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024