Xəzər Xəbər

Pensiyalarda hansı dəyişikliklər olacaq? DETALLI AÇIQLAMA/FOTO/VİDEO

Veb TV | 21:16 • 25 Noyabr 2023
Pensiyalarda hansı dəyişikliklər olacaq?

Pensiyalarla bağlı qaydalarda dəyişikliklər edilib.

 Xezerxeber.az-ın məlumatına görə, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi yeni qaydalarla təmin ediləcək.

Mövzunu şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, yeni qaydaların tətbiqi pensiya təyinatı sisteminin təkmilləşdirlməsi, büroktarik əngəllərin aradan qaldırılması və pensiyaçılara xidmətin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Komitə sədrinin sözlərinə görə, yeni qaydalara əsasən, pensiya minimum məbləğə çatdırılacaq və maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov isə hesab edir ki, yeni qaydalar şəffaflıq və operativliyin təmin edilməsinə təkan verəcək.

Elşad Məmmədov qeyd edib ki, dəyişiklik pensiyaçıların rifahına növbəti dəstək tədbiridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024