Xəzər Xəbər

Azərbaycanda Avropa üslubunda həbsxanalar VİDEO

Veb TV | 23:30 • 20 Noyabr 2023
Azərbaycanda Avropa üslubunda həbsxanalar

Məhbuslar məhkəmə iclaslarına videokonfrnas  vasitəsi ilə qoşula, video-görüş üçün xüsusi otaqlardan istifadə edəbiləcəklər.

Xezerxeber.az xəbər verir ki, müasir standartlara cavab verən qarışıq rejimli penitensiar kompleks qapılarını jurnalistlər üçün açıb.

Kompleksdə məhkumların sosial adaptasiyası məqsədilə onların ailələri ilə zəruri məişət avadanlığı ilə təchiz edilmiş uzunmüddətli görüş otaqları, habelə qısamüddətli görüşlər üçün kabinələr quraşdırılıb. Burada məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün xüsusi otaqlar da mövcuddur. Müəssisədə məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, televizor otağı, idman meydançaları, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb.

Penitensiar xidmətin rəis müavini Oqtay Məmmədov bildirib ki, kompleksin ümumi saxlanma limiti 1300 nəfərdir.

Müəssisənin nəzarət  zolağı qaçmağa çalışan məhbusların vaxtında aşkar edilməsi üçün xüsusi avadanlıqlarla təchiz olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar