İmişli rayonu, Mirzə Ələkbər Sabir küçəsində yol kənarı zibilliyə çevrilib.
Xezerxeber.az-ın məlumatına görə, zibil qutularının olmaması səbəbindən hər tərəf tullantılarla doludur.
Ərazidə sahibsiz küçə itləri də təhlükə saçır.
Sakinlərin sözlərinə görə, yaşadıqları vəziyyət uzun müddətdir ki, bu vəziyyətdədir.
Əraziyə atılan tullantıların vaxtında təmizlənməməsi səbəbindən vəziyyət bu həddə çatıb.
Sakinlər ərazinin təmizlənməsi üçün aidiyyəti üzrə dəfələrlə müraciət etdiklərini, amma görülən tədbirlərin effektiv olmadığını deyirlər.
Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyətinin tabeliyində olan Mənzil Komunal Təsərüfatı İstehsalat Biriyindən bildirilib ki, qeyd olunan ərazidə yaşayan sakinlərin qurumla heç bir müqaviləsi yoxdur. Onun üçün də həmin ərazi onların xidmət sahəsinə aid deyil. ''Əgər orda yaşayan sakinlər müqavilə bağlayıb aylıq ödənişlərini həyata keçirsələr, onda əraziyə zibil qutuları qoyula və ora tullantılardan təmizlənə bilər'', - deyə bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: