Xəzər Xəbər

Sinan Oğan: "Zəngəzur dəhlizi bizim 100 illik xəyalımızdır" VİDEO

"Heç kim Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək"
Veb TV | 11:33 • 3 Oktyabr 2023
Sinan Oğan: "Zəngəzur dəhlizi bizim 100 illik xəyalımızdır"

"Zəngəzur dəhlizi bizim hamımızın 100 illik xəyalımızdır". 

Xezerxeber.az xəbər verir ki, bunu türkiyəli siyasətçi Sinan Oğan Xəzər TV-nin "Xəbər Ertəsi" verilişində Zəngəzur dəhlizinin əhəmiyyətindən danışarkən deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanla Azərbaycanın birbaşa əlaqəsinin yaranması, Qərbi Azərbaycana normal gedişin təmin edilməsi və İğdırdan çıxan bir avtomobilin heç dayanmadan türk dünyasının hər bir yerinə gedə bilməsi deməkdir: "Mən Zəngəzur dəhlizinin gec - tez reallaşacağını düşünürəm. Ermənistan onu (Zəngəzur dəhlizi - red) gecikdirməyə çalışa bilər. Bəzi pis niyyətli qonşularımız ona əngəl yaratmağa çalışa bilər. Amma buna nail ola bilməyəcəklər. Çünki Türkiyə və Azərbaycanın qardaşlığ, hörmətli Ərdoğanın və hörmətli Əliyevin qardaşlığı bu dəhlizin açılacağının təminatı olacaq".

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024