Xəzər Xəbər

Prezident: Azərbaycan şəhidlər verərək BMT-nin 27 il kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi VİDEO

Veb TV | 20:43 • 2 Oktyabr 2023
Prezident: Azərbaycan şəhidlər verərək BMT-nin 27 il kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi

''Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik''.

Bunu Pezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan şəhidlər verərək BMT-nın 27 il kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi. Pezident bildirib ki, bu gün artıq Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik.

Azərbaycanın iqtisadi inkişaf göstəricilərindən də danışan dövlət başçısı vurğulayıb ki, bu istiqamətdə bütün səylər müsbət nəticə verib və Azərbaycanın heç bir qlobal mərkəzdən və ya hansısa beynəlxalq maliyyə təşkilatından asılı olmamasına nail olunub.

Prezident Azərbaycanın beynəlxalq bazarlara enerji nəql edən etibarlı təchizatçı olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın xarici siyasəti uğurlu əməkdaşlıqlara yönəlib. Ölkəmiz beynəlxalq ictimaiyyətin fəal üzvü kimi müxtəlif siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir.

Dövlət başçısı əlavə edib ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin və aparıcı texnologiyaların inkişafına töhfə verəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti