Xəzər Xəbər

Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi böyük marağa səbəb olub VİDEO

Veb TV | 21:20 • 2 Oktyabr 2023
Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi böyük marağa səbəb olub

Bakıda 50 il sonra yenidən keçirilən Beynəlxalq Astronavtika Konqresi ilk gündən böyük marağa səbəb olub.

Konqres çərçivəsində 7800 kvadrat metrlik yerdə  təşkil olunan sərgi pavilyonu kosmos həvəskarlarını bir araya toplayıb.

Dünyaca tanınmış kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri konqresin yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadiləsi üçün açıq platforma rolunu oynadığını bildiriblər.

Konqres bütün qonaq və iştirakçılara kosmik sənayenin inkişafının gücləndirilməsi, qlobal tendensiyalar, kosmos innovasiyaları sahəsində tərəfdaşlıq və əməkdaşlıq yollarını müzakirə etmək imkanı verir.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresinə   5 minə yaxın iştirakçı qatılıb.

Konqres oktyabrın 6-a qədər davam edəcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024