Xəzər Xəbər

Qarabağda 4 şəhərin Baş planı üzərində iş aparılır VİDEO

Veb TV | 21:00 • 2 Oktyabr 2023
Qarabağda 4 şəhərin Baş planı üzərində iş aparılır

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Qarabağ iqtisadi rayonunda 4 şəhərin Baş planı üzərində iş aparır. Şəhərlərin demək olar ki, hamısının baş planı hazırlanıb və təsdiq olunub". 

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

 O, 2026-ci ilə qədər köçürülməsi planlaşdırlan əhalinin sayını da açıqlayıb.

Anar Quliyev həmçinin bildirib ki, şəhərsalma prosesi kompleks həyata keçirilir. Ona görə də ilk olaraq Bakı şəhərinin baş planı hazırlanıb. Komitə sədri Bakının baş planında piyada səkilərinin zəbt olunması ilə bağlı nüansa da toxunub.

Bildirilib ki, layihənin icrası yerli icra hakimiyyətlərinin nəzarətilə təşkil edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024