Yevlaxda qadın qətlə yetirilib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Tanrıqulular kəndində baş verib.
Baş Prokurorluqdan bildirilib ki, Tanrıqulular kənd sakini 60 yaşlı Zinyət Zamanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 63 yaşlı Mehman Zamanovun aralarında yaranmış mübahisə zamanı arvadı Zinyət Zamanovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə tüfənglə atəş açaraq özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Kənd sakinlərinin iddiasına görə, kişidə son vaxtlar pisxoloji problemlər yaranıbmış.
İntihara cəhd edən kişi xəstəxanaya yerləşdirilib. Fakta görə cinayət işi başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: