Xəzər Xəbər

Vətəndaş 1 il necə qeydiyyatsız qala bilər? VİDEO

Veb TV | 21:35 • 25 Sentyabr 2023
Vətəndaş 1 il necə qeydiyyatsız qala bilər?

12 ay əvvəl qeydiyyatdan çıxarılsa da, hələ də qeydiyyata düşə bilmir.

Xezerxeber.az xəbər verir ki, 3-cü qrup əlil Saleh Məmmədlinin 1ildir ki, heç bir yerdə  qeydiyyatı yoxdur. Buna görə  də  öz işlə rini görə bilmir.

Saleh Məmmədli bildirir ki, 2009-cu ildən ərazi üzrə polis bölmə sində qeydiyyatda olub. Daha sonra qeydiyyatdan çıxarılıb və elə həmin gündən problemləri başlayıb.

Rəsmi qurumlara etdiyi müraciətlər nəticə vermədiyindən Saleh Məmmədli bu dəfə məhkəməyə üz tutub.

Onun sözlərinə görə, qeydiyyata düşə  biləcəyi heç kimi olmadığı üçün problemi olduğu kimi qalır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda polis bölmələrində heç kimin qeydiyyatı aparılmır. Problemi olan hər kəs məhkəməyə müraciət edir.

Əgər məhkəmə qərar çıxarsa ki, qeydiyyat bölmədə olsun o zaman bu məsələyə  baxılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024