Xəzər Xəbər

Bölgələrdə QƏZALAR SƏNGİMİR... VİDEO

Veb TV | 22:30 • 23 Sentyabr 2023
Bölgələrdə QƏZALAR SƏNGİMİR...

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. Rayon sakini Ucal Şabanov idarə etdiyi avtomobillə yolu keçən piyada Məmmədvəli Əhmədovu vurub. Ağır bədən xəsarətləri alan piyada Xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Masallının Yeddioymaq kəndi ərazisində avtomobil 65 yaşlı Xanağa Abdullayevi  vurub.

Yaralı dərhal Masallı rayon  mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq piyada aldığı xəsarətdən xəstəxanada həytını itirib. Meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Yevlaxda isə zəncirvari qəza baş verib. Minik maşını əvvəlcə hərəkətdə olan traktora, daha sonra digər avtomobilə çırpılıb. Hadisə Yevlax-Bərdə yolunun rayonun İrəvanlı kəndi ərazisindən keçən hissəsində, İncə çay körpüsünün yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Onlar Bərdədən Şəmkirə qayıdırırdı. Digər minik maşınında olanlar isə qəzadan xəsarətsiz qurtula biliblər. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024