Prezident İlham Əliyev ötən gün xalqa müraciətində bir daha Azərbaycanın ərazi bütövlüyünün toxunulmaz və bölünməz olduğu mesajını verdi. Suveren ərazilərimizdə heç bir halda hansısa kriminal rejimin fəaliyyəti qəbul edilə bilməzdi.
Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Tural Gəncəliyev bildirib ki, Azərbaycanın yeganə istəyi Qarabağda yaşayan erməniəsilli sakinlərin reinteqrasiyası və Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsidir.
Millət vəkili hesab edir ki, bundan sonra reinteqrasiya prosesi sürətlənəcək. Çünki artıq demək olar ki, bütün maneələr aradan qaldırılıb.
Tural Gəncəliyev qeyd edib ki, prezident çıxışında bölgədə sülhə əngəl yaradan xarici qüvvələrdə ciddi mesajlar verdi. Onun sözlərinə görə, bölgədə alət kimi istifadə edilən qarabağda yaşayan erməniəsilli sakinlər üçün yaxşı imkanlar yaranıb. Azərbaycan bölgədə tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan təkliflər irəli sürüb.
O, əlavə edib ki prezident İlham Əliyev Azərbaycanın hər zaman sülh tərəfdaşı olduğunu növbəti dəfə nümayiş etdirdi. Artıq ölkə rəhbərinin ötən ilin oktyabrında Tbilisidə irəli sürdüyü "Qafqaz evi" ideyasının reallaşması üçün də şərait yaranır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: