Xəzər Xəbər

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb YENİLƏNİB-1/FOTO - VİDEO

Veb TV | 13:20 • 21 Sentyabr 2023
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.

Xezerxeber.az xəbər verir ki, danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.

11:34

Sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.

Xezerxeber.az xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirlər. Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024