Xəzər Xəbər

Şəhid 7 polis əməkdaşından biri olan Asimin TOYU OLACAQDI... VİDEO

Veb TV | 22:05 • 19 Sentyabr 2023
Şəhid 7 polis əməkdaşından biri olan Asimin TOYU OLACAQDI...

Erməni təxribati nəticəsində həlak olan 7 polis əməkdaşından biri Asim Camalzadədir.

Xezerxeber.az xəbər verir ki, 29 yaşlı Asim Camalzadə polis formasını son nəfəsinə kimi qürurla daşıdı.

Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı həlak olub.

Saat 04:30 radələrində DİN-in əməkdaşlarının olduğu "Kamaz" markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları  Asim Camalzadə, Ramil  Şirinov, Seymur  Mahmudov və Xəzər Zamanov hadisə yerində dünyalarını dəyişiblər.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024