Xəzər Xəbər

Yol qəzaları iki nəfərin həyatına son qoydu VİDEO

Veb TV | 21:09 • 18 Sentyabr 2023
Yol qəzaları iki nəfərin həyatına son qoydu

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

İki  minik avtomobilinin  toqquşması nəticəsində maşınlardan birinin sürücüsü, rayonun Maşlıq kənd sakini Elbəyi Adıgözəlov həyatını itirib.

Gəncədə  isə piyada vurulub. Yüksək sürətlə hərəkətdə olan minik maşını yolu keçmək istəyən Goranboy sakini, 39 yaşlı Elçin Rzayevi vurub. Avtomobilinin bir neçə metr sürüyərək asfaltla bordurun arasında sıxışdırdığı Elçin Rzayev xeyli qan itirərək aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki faktla bağl araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024