Xəzər Xəbər

Qərbi azərbaycanlıların Gürcüstanda mühüm GÖRÜŞÜ BAŞ TUTDU VİDEO

Veb TV | 23:00 • 17 Sentyabr 2023
Qərbi azərbaycanlıların Gürcüstanda mühüm GÖRÜŞÜ BAŞ TUTDU

Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımız Tbilisidə bir araya gələrək, təşkilatlanma məsələsini müzakirə ediblər.

Xəbər verdiyimiz kimi, 1987-1991-ci illərdə keçmiş Ermənistan SSR-dən deportasiya olunmuş qaçqın Azərbaycanlıların məcburi olaraq üz tutduğu ölkələrdən biri də qonşu Gürcüstandır. Qərbi Azərbaycan torpaqlarından məcburi olaraq didərgin salınan soydaşlarımızın bir qismi Marneuli rayonunun Şulaver kəndində, eləcə də Gürcüstanın digər müxtəlif bölgələrində məskunlaşıblar. Bu gün paytaxt Tbilisidə bir araya gələn Gürcüstandakı qərbi Azərbaycanlılar deportasiya edildikləri öz doğma yurd yerlərini xatırlayırlar. Onlar bir gün həmin torpaqlara qayıdacaqlarının ümidi ilə yaşadıqlarını deyirlər.

1988-ci ildə Azərbaycanlıların deportasiyası zamanı Ermənistanda olan yaxınlarını Gürcüstana şəxsən gətirməyə getdiyini deyən Şahbəndər İsgəndərov isə həmin illərdə yaşananlardan danışıb.

Onu da bildirək ki, görüş Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış konsepsiyasının planına uyğun olaraq baş tutub. Görüş zamanı Gürcüstanda yaşayan Qərbi azərbaycanlıların təşkilatlanması, bu yöndə yeni təşkilatların təsis edilməsi barədə müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki, görüş zamanı Gürcüstanda Qərbi Azərbaycanlılar Birliyinin yaradılması təklif edilib və təklif razılıqla qarşılanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024