Xəzər Xəbər

Pensiyalar artacaq VİDEO

"Əsas məqsəd pensiyaçıların sosial təminatını gücləndirməkdir"
Veb TV | 19:33 • 14 Sentyabr 2023
Pensiyalar artacaq

Pensiyalar gələn ilin yanvarında orta hesabla 50 manat artacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, bu ilin ilk 7 ayında Azərbaycanda orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artıb. Orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq.

Bütün əmək pensiyası alanlar indeksasiyadan istifadə etməklə pensiyalarındakı artımdan faydalana biləcəklər.

Daha dəqiq rəqəm isə 2024-cü ilin yanvar ayında elan olunacaq. Əsas məqsəd pensiyaçıların sosial təminatını gücləndirməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024