Xəzər Xəbər

Tovuzda olan bu körpü hər an uça bilər VİDEO

Veb TV | 22:30 • 13 Sentyabr 2023
Tovuzda olan bu körpü hər an uça bilər

Tovuz rayonunun Çeşməli kəndinin körpüsü keçməli vəziyyətdə deyil.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyir ki, qış fəslində bu körpüdən keçmək intihara bərabərdir. Kəndlərdən gələn ağır tonnajlı yük avtomobilləri isə daha böyük risk altında yaxud elə üstündədirlər.

Körpünün günü gündən çökməsi isə daha çox narahatlıq yaradır. Vəziyyətlə  bağlı dəfələrlə aidiyyatı üzrə müraciətlər ünvanladığını bildirən kənd sakinləri hələ də körpüdə əsaslı təmir işləri aparılmadığını da bildirir.

Mövcud problemlə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən  “Xəzər Xəbər”ə bildirilib ki, körpünün qəzalı vəziyyətdə olması ilə əlaqədar aidiyyatı üzrə rəsmi məktub ünvanlanıb.

Əsaslı təmir işləri və ya yenidənqurma ilə bağlı atılacaq addımlar veriləcək qərardan asılı olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024